Assassin's Creed Origins

Assassin's Creed Origins
"Assassin's Creed Origins" videooyununun rəsmi afişası
"Assassin's Creed Origins" videooyununun rəsmi afişası
Hazırlayan Ubisoft Montreal[qeyd 1]
Yayımlayan Ubisoft
Lokalizatorlar Softclub
Seriya "Assassin's Creed"
Anons tarixi 12 iyun 2017
Buraxılış tarixi Ümumdünya 27 oktyabr 2017
Janrlar Döyüş-macəra
Stels-ekşen
Yaş reytinqləri BBFC: 18
ESRB: MMature
USK: 18
Rejissorlar Əşrəf İsmayıl
Dizaynerlər Erik Baptizat
Ssenaristlər Riçard Farreze
Jan Qesdon
Əşrəf İsmayıl
Mustafa Məhra
Alen Mersika
Metyu Zaqurak
Rəssamlar Rafael Lakost
Bəstəkarlar Sara Şaxner
Texniki məlumat
Platformalar Microsoft Windows
PlayStation 4
Xbox One
Mühərriklər AnvilNext 2.0
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili, rus dili
Daşıyıcılar DVD (PC üçün), Blu-Ray (PS4Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live)
Sistem tələbləri
İdarəetmə Klaviaturasiçan
qeympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Assassin's Creed Origins (azərb. Qatilin İnancı Başlanğıc‎) — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan videooyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" videooyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün satışa çıxarılmışdır.

Oyun Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur. Oyunun hekayəsi azadlığı dəstəkləməklə sülh üçün vuruşan "Gizli Olanlar" (ing. The Hidden Ones) – "Assasin Qardaşlığı"nın (ing. Assasin Brotherhood) sələfi və məcburi şəkildə qayda-qanunun təmin olunmasıyla sülh arzulayan "Qədimlər Ordeni" (ing. Order of Ancients) – "Tampliyer Ordeni"nin (ing. Templar Order) sələfi arasında olan və əsrlərdir davam edən münaqişənin mənşəyini öyrənir. Oyunun baş qəhrəmanı Sivalı Bayek mecaydır – xalqı qorumağa and içmiş ali vəzifə. Oyunçular Qədim Misirin açıq dünyasını at, dəvə və ya qayıqla gəzə bilərlər.

"Origins" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun hekayəsi, personajları, səs aktyorluğu, yenidən işlənmiş geympley sistemləri, böyük dünyası və vizuallarına görə təriflənmiş, ancaq texniki problemlərinə görə tənqidlənmişdir. Oyun bir çox tənqidçi tərəfindən seriyanın ən yaxşı və ya ən yaxşı oyunlarından biri seçilmişdir. Oyunun davamı – "Assassin's Creed Odyssey"in əsas süjeti Qədim Yunanıstanda cərəyan edir və 2018-ci ildə satışa çıxarılmışdır.


Sitat səhvi: " qeyd " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="qeyd"/> teq tapılmadı

  1. 1 2 Qeyb Qurvin və Stiven Petit. "Everything we know about 'Assassin's Creed Origins'" (ingilis). digitaltrends.com. 17 oktyabr 2017. 2017-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy